Xəbər lenti

Ərəblərdən dünya çempionatı üçün görünməmiş stadion layihəsi
İdman 19:05 23.02.2024

Ərəblərdən dünya çempionatı üçün görünməmiş stadion layihəsi

Səudiyyə Ərəbistanında 2034-cü il dünya çempionatı üçün istifadə olunacağı gözlənilən yeni Şahzadə Məhəmməd bin Salman stadionunun təqdimatı keçirilib.

Qaynarinfo-nun məlumatına görə, Ər-Riyaddan 40 dəqiqəlik məsafədə yerləşən Qiddiyada tikiləcək stadion bir çox qabaqcıl texnologiyalarla təchiz olunacaq, idman, əyləncə və mədəni tədbirlərə ev sahibliyi edəcək. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin adını daşıyan stadion 200 metr yüksəklikdəki Tuveyq dağlarında tikiləcək.

Stadionun perimetrinin ümumi uzunluğu 1,5 kilometrə qədər olan nəhəng ekranlarla örtüləcəyi bildirilib. Bundan əlavə, idman qurğusunun döşəməsinin sökülüb-yığılacağı, futboldan əlavə, reqbi, boks, qarışıq döyüş növləri və e-idman yarışlarına da ev sahibliyi edə biləcəyi qeyd olunub. Digər tərəfdən stadionun ilin bütün aylarında istifadəsi üçün ekoloji cəhətdən təmiz kondisioner sistemi də olacaq.

Ərəblərin inşa edəcəyi stadionda başqa yeniliklər də həyata keçiriləcək. Böyük enerji sərfiyyatının qarşısını almaq üçün stadionun altında süni göl yaradılacaq və orada yığılan yağış sularının buz divarına vurulması nəticəsində əldə edilən soyuq havadan qurğunun soyudulması üçün istifadə olunacaq.

Şahzadə Məhəmməd bin Salman stadionunun planları vəliəhdin Qiddiya şəhər planını elan etməsindən bir neçə həftə sonra ortaya çıxıb. Ölkə rəhbərliyinin açıqladığı ən böyük meqa layihələrdən biri olan Qiddiya 360 kvadrat kilometr sahədə 60 min binadan ibarət şəhər olacaq və 600 mindən çox insanı qəbul edəcək.

Şəhərdə 325 mindən çox iş yerinin yaradılması, ümumi daxili məhsulun təxminən 135 milyard riyal artmasına kömək etməsi və hər il 48 milyon ziyarətçi cəlb etməsi gözlənilir.

İki il ərzində şəhərdə ilk obyektlərin açılışı gözlənilir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->