Xəbər lenti

Emin Əmrullayev iki prorektoru işdən çıxardı (FOTO)
Ölkə 11:45 06.10.2025

Emin Əmrullayev iki prorektoru işdən çıxardı (FOTO)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki prorektoru vəzifəsindən azad olunub.

Qaynarinfo Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, ali məktəbin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və təsərrüfat işləri üzrə prorektor, dosent Səyami Hüseynov işdən çıxarılıb.

Digər əmrlə, dosent Elviz İsmayılov ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən təyin olunub. O, universitetin İT Mərkəzinin direktorudur. Hazırda hər iki vəzifəni yerinə yetirir.

Qeyd edək ki, bu il fevralın 4-də dosent Rüfət Əzizov ADNSU-nun rektoru təyin olunub.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->