Əməkdar artist kimə külli miqdarda borc pul verib? (VİDEO)
"Mənə borclu olanın adını desəm evi yıxılar (gülür). 5000, 2000, 1500, 30.000 manat borca pul vermişəm".
Qaynarinfo xəbər verir ki, bu sözləri əməkdar artist Rühəngiz Allahverdiyeva qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.
50 min manata yaxın borca pul verdiyini söyləyən sənətçi bildirib ki, ona borclu olanlar arasında qohumları da var:
"Borc verdiyim insanlar arasında yaxınlarım, qohumlarım da var. Kömək üçün onlara bu pulları vermişəm. Həyaları olsa borclarını qaytararlar. Ev almışam, amma təmir etməyə pulum yoxdur. Hələ borc verdiklərimdən biri 10.000 manatımı götürüb, qaçıb. Allah ona rəhmət eləsin (gülür). Ümumi toplasan, 50 min manat mənə borcu olan insanlar var".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər