Xəbər lenti

Elmira Rəhimovanın səhhəti necədir?
Ölkə 12:12 07.11.2025

Elmira Rəhimovanın səhhəti necədir?

Xəbər verdiyimiz kimi, Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.

Qaynarinfo xəbər verir ki, müğənninin oğlu Anand Axşam.az-a açıqlamasında onun xəstəxanada olduğunu deyib. O bildirib ki, anası həkim nəzarətindədir:

"Müalicəsi gedir. Evə buraxılmayıb, həkim nəzarətindədir. Yaxşıdır".

O, anasının səhhətindəki problemi açıqlamaq istəməyib və "Sirr qalsın" deyə, əlavə edib.

Qeyd edək ki, E.Rəhimova bir müddət əvvəl xəstəxanaya yerləşdirilib. Onun təzyiq, şəkər və digər problemləri olduğu bildirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->