Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif noyabrın 7-də Azərbaycana səfərə gəlib.
Qaynarinfo xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
10.34
Pakistan Baş naziri Şahbaz Şərif Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün 7-8 noyabr tarixlərində Azərbaycana rəsmi səfər edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Şərhlər