"Ege Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) maliyyə sanksiyası tətbiq edilib.
Qaynarinfo xəbər verir ki, "Ege Hospital" MMC-də aparılan operativ vergi nəzarəti üzrə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması faktı aşkarlanıb.
Tərtib olunan akta əsasən klinika barəsində 1000 manat maliyyə sanksiyası tətbiq olunub.
Qeyd edək ki, nizamnamə kapitalı 88.174,79 manat olan hospitalın qanuni təmsilçisi Rafael Əliyev Şahbəddin oğludur.
Aydın
Şərhlər