"Əndirəbadi cəhət odur ki, ayın 1-də məktub yazırsan, qəsdən gözləyib ayın 30-31-də cavab verirlər".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Salahlı deyib.
"Azərbaycanda ərizə və şikayətlərə niyə 30 gün ərzində cavab verilir? Bununla bağlı normativ hüquqi aktlara bənd əlavə edək ki, Azərbaycanda ərizə və şikayətlərə 10 gün ərzində cavab verilsin. Məsələn, səbəb torpaq mübahisəsidir. Bunu 30 gün düşünmək, nələrisə araşdırmaq nəyə lazımdır? Buna konkret cavab verilsin ki, mməsələ nədir və şikayətçi də rahat olsun. Xahiş edirəm ki, bu məsələyə ciddi münasibət bildirsin", deyə deputat qeyd edib
Qafqaz Rafiqoğlu
Şərhlər