Xəbər lenti

ChatGPT-yə kobud müraciət etdikdə cavablarla bağlı qəribə dəyişikliklər baş verir
Texnologiya 08:45 22.01.2026

ChatGPT-yə kobud müraciət etdikdə cavablarla bağlı qəribə dəyişikliklər baş verir

ChatGPT-nin (4o modeli) davranışına dair yeni analiz gözlənilməz bir qanunauyğunluğu üzə çıxarıb: istifadəçi sorğunu nə qədər kobud formada ifadə edirsə, aldığı cavablar bir o qədər dəqiq olur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Futurism” portalı məlumat yayıb.

Pensilvaniya Universitetinin alimləri müxtəlif mövzuları əhatə edən 50 sualdan ibarət bir dəst hazırlayıblar və hər sualı beş variantda tərtib ediblər: "çox nəzakətli” formadan "çox kobud” formaya qədər.

Kobud sorğulara "Ay ...,  bununla məşğul ol” kimi ifadələr daxil edilib, nəzakətli variantlar isə "Zəhmət olmasa, kömək et...” sözləri ilə başlayıb.

Cavab variantları olan 50 sualdan ibarət testdə kobud sorğular orta hesabla 84,8 faiz dəqiqlik göstərib. Nəzakətli sorğuların dəqiqlik səviyyəsi təxminən 80 faiz, "ən nəzakətli” variantların isə 75,8 faiz olub. Tədqiqatçıların sözlərinə görə, hətta dörd faiz bəndi fərq belə statistik baxımdan əhəmiyyətlidir.

Alimlər bunu dil modellərinin xüsusiyyətləri ilə izah edirlər: onlar istifadəçinin tonunu və niyyətini "hiss edə” bilir və bu da cavabların dəqiqliyinə və dolğunluğuna təsir göstərir. Mahiyyət etibarilə, ChatGPT xahiş formasından daha çox sərt göstəriş hiss etdikdə daha effektiv işləyir.

Pensilvaniya Universitetinin professoru Ahil Kumar bildirib ki, ifadə tərzində hətta kiçik dəyişiklik belə nəticəyə ciddi təsir göstərə bilər.

Bununla yanaşı, araşdırma müəllifləri bu cür "effektiv kobudluğun” mənfi tərəfləri barədə də xəbərdarlıq edirlər. Maşınlarla aqressiv ünsiyyət vərdişi zamanla insanlararası münasibətlərə də keçə, kobudluğu normallaşdıra və dialoq mədəniyyətini zəiflədə bilər. Alimlər hesab edirlər ki, süni intellektlə kobud ünsiyyət uzunmüddətli perspektivdə rəqəmsal mühiti daha az dostcanlı və inklüziv edə bilər.

Aydın

--> -->