Məşhur amerikalı aktyor Ben Afflek müğənni və aktrisa Cenifer Lopezdən ayrıldıqdan sonra keçmiş həyat yoldaşı ilə barışıb.
Qaynarinfo xəbər verir ki, mənbələr onların əlaqələrinə dair bəzi təfərrüatları açıqlayıblar.
"People" nəşrinin yazdığına görə, Oskar mükafatçısı aktyor keçmiş həyat yoldaşı, "Elektra" və "Casus qadın" filmlərinin ulduzu, amerikalı aktrisa Cenifer Qarner ilə yenidən bir araya gəlib. Məlumatlara əsasən, məşhurlar Yeni il bayramları üçün yenidən bir araya gəliblər. Bu qərar onların üç ortaq övladı - iki qız və bir oğul üçün verilib. Bayram günlərini ailəvi keçirmək təşəbbüsü Cenifer Qarnerdən gəlib.
Aktyorlar 19 yaşlı Vaylet, 15 yaşlı Serafina və 12 yaşlı Samuel üçün xoş xatirələr yaratmaq istəyiblər. Onların uşaqları valideynləri ilə birlikdə keçirilən anları uzun müddətdir arzulayırmış. Beləliklə, Milad və Yeni İli Afflek, keçmiş həyat yoldaşı və övladları birlikdə qeyd edəcək.
"Qarner sadəcə övladlarının xoşbəxt olmasını istəyir. O, Benlə uşaqların birlikdə vaxt keçirməsini təmin etməyə davam edəcək. Onların həmçinin uşaqlar üçün Milad planları da var. Uşaqlar valideynləri ilə bir yerdə olduqları zaman xoşbəxt olurlar", deyə mənbələr bildiriblər.
Qeyd edək ki, Cenifer Qarner və Ben Afflek 13 il evli olublar. Lakin 2018-ci ildə boşanıblar. Buna baxmayaraq, uşaqları üçün dostluq münasibətlərini qoruyub saxlayıblar. Hazırda aktrisa iş adamı Con Miller ilə münasibətdədir və artıq 6 ildir birlikdədirlər.
Xatırladaq ki, Qarnerdən ayrıldıqdan sonra Ben Afflek iki il ərzində Cenifer Lopez ilə evli olub. Bununla belə, onlar bu ilin avqust ayında ayrılıblar. Boşanma təşəbbüsü müğənnidən gəlib.
Aydın
Şərhlər