Xəbər lenti

Çempionlar Liqası:
İdman 23:55 05.08.2025

Çempionlar Liqası: "Qarabağ" səfərdən qələbə ilə dönür

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Şkendiya" (Şimali Makedoniya) ilə qarşılaşan "Qarabağ" qələbə qazanıb.

Qaynarinfo xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Yeganə qol 18-ci dəqiqədə Toral Bayramovun ayağına. O, Leandro Andradeya qarşı kobud oyuna görə təyin olunan penaltini qola çevirib.

Qeyd edək ki, tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində"Ludoqorets” (Bolqarıstan) - "Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun

5 avqust
Şkendiya (Şimali Makedoniya) - Qarabağ (Azərbaycan) 0:1
Qol: Toral Bayramov, 18-pen.
Şkendiya: 24. Babokar Gaye, 2. Aleksander Trumçi, 4. Reşat Ramadani, 5. Klisman Keyk, 6. Adamu Alhassan, 7. Besart İbraimi (k), 10. Endrit Krasniqi, 11. Ronaldo Vebster, 15. İmran Fetai, 29. Fabrise Tamba, 77. Liridon Latifi.
Ehtiyat oyunçular: 25. Astrit Amzai (q), 30. Fefat Ramani (q) 8. Florent Ramadani, 9. Fiton Ademi, 16. Mevlan Murati, 17. Arbin Zeynullai, 19. Vane Krstevski, 22. Numan Ajetoviç, 26. Anes Meliqi, 27. Lorik Kaba, 28. Kamer Qaka, 38. Amir Nuhija.
Baş məşqçi: Ceton Bekciri.
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 27. Toral Bayramov, 35. Pedro Bikalho, 20. Kadi, 11. Emmanuel Addai, 15. Leandro Andrade, 10. Abdullah Zoubir (k), 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: İvan Kruzliaka, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç (Slovakiya).
VAR: Mixal Oçenaşa (Slovakiya).
AVAR: Boris Marhefkaya (Slovakiya).
Skopye, "Todor Proeski" stadionu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->