Xəbər lenti

Burun əməliyyatdan sonra qızın komaya düşməsinə görə klinika barədə protokol hazırlandı
Ölkə 16:58 24.11.2025

Burun əməliyyatdan sonra qızın komaya düşməsinə görə klinika barədə protokol hazırlandı

Uğursuz rinoplastika əməliyyatı səbəbi ilə Səhiyyə Nazirliyinə "MedAura" klinikası ilə bağlı protokol göndərilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, noyabrın 7,12 və 13-də klinikada plandankənar (növbədənkənar) yoxlamalar keçirilib:

"Yoxlama nəticəsində aşkar edilmiş nöqsanlar üzrə tədbirlər görülüb və inzibati xəta məsuliyyəti yaradan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib".

Qeyd edək ki, Bakıda "MedAura" klinikasında gənc qız burun əməliyyatından sonra komaya düşüb. Bu barədə qızın bacısı İlhamə Budaqlı sosial media hesablarında paylaşım edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->