Bu gün Editor.az informasiya portalı 13 yaşını qeyd edir.
İnformasiya portalı 2012-ci ildən fəaliyyətə başlayıb.
Fəaliyyətə başladığı ilk dövrdən Editor.az ölkənin internet media məkanında özünəməxsus yer və nüfuz qazana bilib. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
İlk gündən dəqiq və qərəzsiz xəbərlər, hadisələrə obyektiv mütəxəssis və ekspertlər rəyləri təqdim etmək siyasətini həyata keçirən Editor.az, eləcə də xəbərlərində mütəmadi olaraq ölkənin tanınmış mətbu orqanlarına da istinad edir.
Editor.az Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxıstan, Litva, Estoniya, Pakistan və bir digər ölkələrin nüfuzlu media qurumları əməkdaşlıq haqqında memorandum imzalamaqla, yaxından əməkdaşlıq edir.
Qaynarinfo-nun kollektivi Editor.az-da çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!
Şərhlər