Xəbər lenti

Büdcəmiz 20 il ərzində 13-cü dəfədir ki, dəyişdirilir - Vüqar Gülməmmədov
Ekonomiks 14:05 07.06.2024

Büdcəmiz 20 il ərzində 13-cü dəfədir ki, dəyişdirilir - Vüqar Gülməmmədov

Dövlət büdcəsi son 20 il ərzində 13-cü dəfədir ki, dəyişdirilir.

Qaynarinfo xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Vüqar Gülməmmədov bildrib ki, yenidən baxılma ilə büdcənin 17 maddəsindən 4-ü istisna olmaqla, digər gəlir mənbələrində dəyişiklik proqnozlaşdırılıb:

"Yenidən baxılan büdcədə neft-qaz sektoru üzrə 2,4 milyard manat əlavə dəyərin formalaşması gözlənilir ki, bu da qiymət artımı ilə bağlıdır. İndiyə qədər qeyri-neft qaz sektorundan daxilolmalar üzrə proqnoz adekvat olmayıb, pik səviyyəni ötüb"

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->