Xəbər lenti

Bu rayonun 18 kəndinin adının yazılışında hərf səhvi var
Ölkə 13:44 16.09.2025

Bu rayonun 18 kəndinin adının yazılışında hərf səhvi var

Lerikdə 18 kəndin adının yazılışında hərf səhvi var.

Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsində "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deputat Vasif Qafarov bildirib.

"Bir çox kənd adlarında bu və ya digər dərəcədə hərf səhvlərinə rast gəlirik. Təmsil etdiyim Lerik rayonunda 18 kəndin adında belə səhvlər var. Bu səhvlərin aradan qaldırılması vacibdir. Küçə və digər yer adlarında Sovet dövründən qalma, bizə yad olan adlardan xilas olmalıyıq. Hesab edirəm ki, yerli bələdiyyələr bu işdə fəal olmalı və təşəbbüslərlə çıxış etməlidir” – deyə o qeyd edib.

Qeyd edək ki, müzakirə olunan qanun layihəsinə əsasən, prospekt, küçə, meydanlara ad verərkən dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->