Xəbər lenti

Bu idarənin rəis müavininə cinayət işi açıldı (FOTO)
Ölkə 14:48 15.01.2025

Bu idarənin rəis müavininə cinayət işi açıldı (FOTO)

Suraxanı rayon Su-kanal İdarəsinin rəis müavini Mehman Həşimova cinayət işi açılıb. 

Qaynarinfo-nun məlumatına görə, bir neçə ay əvvəl Mehman Həşimov saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma),  314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma) cinayət işi başlanıb. 

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıxovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, 311.2-ci maddə üzrə üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Xatırladaq ki, Mehman Həşimov Xəzər rayon Su-kanal İdarəsinin rəis müavini vəzifəsində də çalışıb. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->