"AZMA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Mərkəzi Bank tərəfindən külli miqdarda cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə iki protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, "AZMA GROUP" MMC tərəfindən 353500 ABŞ dolları və 243500.00 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsi ilə 10 oktyabr 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülüb.
Məhkəmənin hökmü ilə şirkət 243.500 dollar valyuta vəsaitinə görə 48.700 dollar (20%), 353.500 dollara görə isə 70.700 dollar (20a%) məbləğində cərimələnib.
Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Cəfərov Elsevər Məhərrəm oğludur. Nizamnamə kapitalı 10 manat olan MMC-nin başı vergi qurumu ilə dərddədir. MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 596.754,6 AZN borcu var.
Aydın
Şərhlər