Britaniya Kral Donanması Rusiyaya məxsus sualtı qayıqları izləmək üçün süni intellekt texnologiyasına əsaslanan yeni, gizli sensor silahına malikdir. Bu sistem əvvəllər balinaları izləmək məqsədilə hazırlanıb, lakin indi Britaniya sularını qorumaq üçün dəniz dronlarında tətbiq olunmağa başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times”
yazır.
Donanmanın və xüsusi xidmət orqanlarının ixtiyarında son 56 il ərzində toplanmış minlərlə maqnit lent var. Bu lentlərdə düşmən gəmilərinin və sualtı qayıqlarının unikal akustik imzaları yer alır. Onları Kral Donanmasının hidroakustika üzrə mütəxəssisləri – "sualtı qayıq ovçuları” – toplayıblar.
Mövcud texnoloji imkanlar bu arxivləri "Helsing” adlı Avropa müdafiə şirkətinin hazırladığı "Lura” adlı yeni sistemə inteqrasiya etməyə imkan verir. Bu sistem okeandakı obyektləri "görünən” edir, yəni sualtı təhdidləri əvvəlcədən aşkarlamağa imkan yaradır.
Lura: sualtı müşahidə "ulduz sistemi”
Sistemin əsasını təşkil edən SG-1 "Fathom” adlı müstəqil mini-sualtı qayıqlarda xüsusi sensorlar quraşdırılıb. Onlar sükansız və səssiz şəkildə üç aya qədər su altında qala bilir. Süni intellekt vasitəsilə sualtı səsləri analiz edirlər.
"Helsing” şirkətinin təsisçisi Qundbert Şerf qeyd edib: "Lura təhdidləri aşkarlayır ki, donanmalarımız onlara qarşı tədbir görə bilsin. Biz milli sularımıza və kritik infrastrukturumuza qarşı təhdidlərə uyğunlaşmaq üçün yeni texnologiyalardan istifadə etməliyik”.
Aşkarlama və tanıma imkanları
Sistem eyni tip gəmiləri belə cüzi fərqlərlə ayırd edə bilir. "Lura” sualtı qayıqları, tankerləri, sərnişin gəmilərini, eləcə də sanksiyalardan yayınmağa çalışan "kölgə donanması”na məxsus Rusiya tankerlərini avtomatik olaraq akustik imzalarına görə təsnif edir.
Dəniz dronlarının yeni mərhələsi
Qeyd edək ki, "Müharibənin əksi” təşəbbüsünün rəhbəri Culian Makbrayd daha əvvəl Ukraynanın ucuz dəniz dronlarının müharibə tarixində inqilab yaratdığını bildirmişdi. O, xatırladıb ki, may ayında Ukrayna hərbi kəşfiyyatı "Magura-7” dəniz dronu ilə Novorossiysk sahillərində iki Su-30 qırıcısını məhv etmişdi.
Ukraynanın Müdafiə Nazirliyi kəşfiyyat idarəsi Qara dənizdə hücum əməliyyatları üçün ən azı iki növ pilotsuz dəniz platformasından istifadə edir. Jurnalist Artyom Şevçenkonun "Dəniz döyüşü. Dronlar dövrü” sənədli filmində bu platformaların görüntüləri də təqdim olunub.
Alpər
Şərhlər