Böyük Britaniya ilk dəfə Azərbaycanda hərbi attaşe təyin edib.
Diplomatik nümayəndəlikdən Qaynarinfo-ya bildirilib ki, bu vəzifəyə Gevin Tarbard təyin edilib.
"Biz Gevin Tarbardın təyin olunmasını elan etməkdən məmnunuq. Bu, Britaniya-Azərbaycan tərəfdaşlığının güclənməsini vurğulayan tarixi bir addımdır və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq", - diplomatik nümayəndəlikdən bildirilib.
Şərhlər