Xalq yazıçısı Anarın məşhur "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərinin yeni nəşri təqdim olunacaq. Təqdimatla yanaşı, imza gününün da keçiriləcəyi bildirilib.
1974-1978-ci illərdə yazılmış romanın illər sonra yenidən gündəmə gəlməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Paylaşılan məlumatların rəy bölməsində bir sıra istifadəçilər yazıçını tənqid ediblər. Onların bəziləri "Beşmərtəbəli evlər artıq sökülür", "indi çoxmərtəbəli evlər dövrdür" kimi ironik şərhlərlə təqdimatı sual altına alıblar.
Digər şərhlərdə isə əsərin "Xruşşovka" dövründə yazıldığı, lakin təqdimatın çox gec təşkil olunduğu vurğulanıb.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən yazıçı Anar bildirib ki, təqdim olunacaq nəşr kitabın yeni variantıdır:
"Bu, təzə nəşrdir, əlavə qeydlər var. Bu səbəbdən də təqdimat və imza günü keçirməyi planlaşdırırlq"..
Qeyd edək ki, yeni nəşrin təqdimatı aprelin 26-da keçiriləcək.
Bahar Rüstəmli
Şərhlər