Xəbər lenti

Belarus vertolyotu Ukraynanı bombalamağa gedən Rusiya PUA-sını vurdu
Dünya 12:00 14.07.2025

Belarus vertolyotu Ukraynanı bombalamağa gedən Rusiya PUA-sını vurdu

İyulun 12-də Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi kütləvi hücum zamanı Belarus hava məkanından keçən rus istehsalı "Gerbera" tipli hücum dronu Belarus Hava Hücumundan Müdafiə Qüvvələrinin vertolyotu tərəfindən vurulub. 

Qaynarinfo xəbər verir ki, bu barədə UNIAN-a kəşfiyyatdakı məlumatlı mənbələr xəbər verib.

"Belarus Respublikasının Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus Mi-24 vertolyotu iyulun 12-də Ukrayna istiqamətində hərəkət edən rus hücum dronu "Gerbera”nı aşkarlayıb və məhv edib”, – deyə mənbə bildirib.

Məlumatda deyilir ki, həmin an Belarus hava məkanında azı üç rus pilotsuz uçuş aparatı mövcud olub. Belarus qüvvələrinin hava məkanına nəzarət üzrə icra etdiyi tapşırıq zamanı, vertolyot ekipajı hücum dronunun aşkarlanması və məhv edilməsi barədə komandanlığa məlumat verib.

"Vurulmuş dronun qalıqları Belarusun Qomel vilayətinə düşüb”, – deyə mənbə əlavə edib.

Daha əvvəl UNIAN-a danışan aviasiya eksperti, Dövlət Aviasiya Muzeyinin baş elmi işçisi Valeri Romanenko qeyd etmişdi ki, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri əsas diqqəti "Şahed" tipli kamikadze dronlarının vurulmasına yönəldir. Çünki bu dronların döyüş başlığı "Gerbera” ilə müqayisədə ən azı on dəfə böyükdür və daha ciddi təhlükə yaradır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->