Xəbər lenti

Laçında yazıçı Şərif Ağayarla görüş keçirildi (FOTO)
Foto 13:39 14.07.2025

Laçında yazıçı Şərif Ağayarla görüş keçirildi (FOTO)

12 iyul 2025-ci il tarixində Laçın şəhərində yerləşən LaCinema kinoteatrında Azərbaycan ədəbiyyatının tanınmış siması, yazıçı, prezident təqaüdçüsü Şərif Ağayarın oxucularla görüşü keçirildi.

Bu ədəbi-bədii tədbir iştirakçılar üçün unudulmaz və yaddaqalan bir xatirəyə çevrildi. Görüşü giriş sözü ilə yazıçı Şərif Ağayar açaraq, öz həyat yolu və ədəbiyyata gəlişi barədə səmimi və əhatəli şəkildə danışdı.

Daha sonra söz Laçın şəhər sakini Qəzənfər Hüseynova verildi. Ardınca Laçın Abadlıq MMC-nin direktor müavini Elnur Abdullayev, professor Çingiz Abdullayev, "Qartal” firmasının direktoru Şahin Məmmədov, Laçın Mərkəzi Xəstəxanasının həkimi Sənan Əmirli, Laçın sakini Şahin Həsənov və Vəli Həsənov çıxış etdilər. 

Tədbirdə aşıq sənətinin tanınmış nümayəndələri – aşıq Umbay Axundov və aşıq Cabbar Cabbarov çıxış etdilər. Sonra aşıq Əbdüləli Axundov, aşıq Afiq və digər gənc aşıqlar sazın müşayəti ilə Şərif Ağayarın şeirlərindən ibarət çıxışlar etdilər. 

Yazıçının tələbə yoldaşlarından Elşən Əzim, Həşim Mürsəlov və başqaları da çıxış edərək tələbəlik illərindən maraqlı və yaddaqalan xatirələrini bölüşdülər. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->