Xəbər lenti

Bakıda tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü (FOTO)
Foto 10:30 08.07.2025

Bakıda tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü (FOTO)

Tanınmış iş adamı, "Ultra Company” şirkətinin baş direktoru Məhəmməd Zülfüqarlının oğlu faciəvi şəkildə vəfat edib.

Bu barədə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, iş adamının oğlu 2007-ci il təvəllüdlü Toğrul Zülfüqarlı Bakının Nəsimi rayonunda yaşadığı çoxmərtəbəli binadan bədbəxt hadisə nəticəsində yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, Məhəmməd Zülfüqarlı həm də informasiya texnologiyaları üzrə tanınmış mütəxəssis və təlimçidir.

Hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.//Qafqazinfo

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->