Xəbər lenti

Bakıda qəzalı bina sakinlərə təhlükə yaradır (VİDEO)
Ekonomiks 10:05 19.08.2024

Bakıda qəzalı bina sakinlərə təhlükə yaradır (VİDEO)

Yataqxana binası qəzalı vəziyyətdədir.

Bununla bağlı  sakinlər "Xəzər Xəbər"ə müraciət ediblər.

Söhbət Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov 3 ünvanından gedir. Bina gəmi təmiri zavodunun yataqxanası olub. Bir vaxtlar bu zavodda çalışanlara verilən bina indi bərbad vəziyyətdədir.

Sakinlər deyirlər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, vəziyyət dəyişməz olaraq qalıb.

Məsələdən Səbail Rayon İcra Hakimiyyətində də xəbərdardırlar.

Qurumdan "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən yataqxana Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən, qəzalı vəziyyətdədir. İcra Hakimiyyətindən o da qeyd olundu ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->