Xəbər lenti

Bakıda AÇ-nin ilkin təsnifat turniri başlayır
İdman 10:41 12.01.2023

Bakıda AÇ-nin ilkin təsnifat turniri başlayır

Paytaxtımız daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək.

Qaynarinfo xəbər verir ki, sabah Bakı İdman Sarayında kişi həndbolçuların 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirinə start veriləcək. Saat 14:45-də meydançaya Böyük Britaniya və Kipr komandaları çıxacaqlar. Ardınca keçiriləcək açılış mərasimindən sonra - saat 17:00-da  Azərbaycan və Malta seçmələri üz-üz gələcəklər. 

Ertəsi günün oyun proqramı saat 14:45-də Malta - Kipr matçı ilə başlanacaq. Saat 17:00-da millimiz Böyük Britaniya komandası ilə qüvvəsini sınayacaq.

Yanvarın 15-də isə saat 12:45-də başlanacaq Böyük Britaniya – Malta və start fiti 15:00-da səslənəcək Kipr – Azərbaycan görüşləri ilə turnirə yekun vurulacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->