Xəbər lenti

Bakı-Tbilisi-Bakı qatarının fəaliyyəti bərpa edilir? (RƏSMİ)
Ekonomiks 16:16 17.03.2025

Bakı-Tbilisi-Bakı qatarının fəaliyyəti bərpa edilir? (RƏSMİ)

Bakı-Tbilisi-Bakı dəmir yolu reysi ilə qatarlarının hərəkətinin bərpası ilə bağlı hələ qərar qəbul edilməyib.

Trend xəbər verir ki, bunu bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.

"Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlama vermişdi. Biz də bununla bağlı məlumat gözləyirik", - o bildirib.

Xatırladaq ki, daha öncə Gürcüstanın baş naziri İrakli Kobazidze Dubaya səfəri zamanı jurnalistlərə açıqlamasında bildirmişdi ki, Gürcüstan Azərbaycanla Tbilisi-Bakı qatarının fəaliyyətinin bərpası ilə bağlı danışıqlar aparır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->