Xəbər lenti

Ekonomiks 10:25 08.10.2025

"Azərpambıq" 12 milyondan çox itki ilə üzləşib

"Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ixrac gəlirlərini 33 faiz itirib

Valyuta.az xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixrac gəlirləri 26 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövründə bu göstərici 38,9 milyon dollar olub. Beləliklə, şirkətin ixracdan əldə etdiyi gəlirlər 12,9 milyon dollar və ya 33,16 faiz azalıb.

Qeyd edək ki, "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC qeyri-neft sektorunda dövlətə məxsus əsas ixracatçı subyektlər arasında yer alır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->