Yelo Bank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ətraf mühitin qorunmasına yönəlmiş növbəti təşəbbüsünü həyata keçirib. Bu dəfə Bankın əməkdaşları Mərdəkan çimərliyində təşkil olunan "Parlaq Sahillər” ekoloji aksiyasında bir araya gələrək sahilyanı ərazini tullantılardan təmizləyiblər.
Aksiyada onlarla Yelo əməkdaşı iştirak edib. Nəticədə 1 tona yaxın tullantı toplanaraq çeşidlənib və təkrar emala göndərilməsi üçün xüsusi konteynerlərə təhvil verilib.
Artıq ənənə halını almış "Parlaq Sahillər” təşəbbüsünün əsas məqsədi Xəzər dənizinin ekoloji vəziyyətini qorumaq, təbiətə qarşı qayğı və məsuliyyət hissini gücləndirməkdir. Yelo Bank gələcəkdə də bu kimi layihələri dəstəkləməyi və onların miqyasını genişləndirməyi planlaşdırır.
Yelo Bank – Parlaq bankçılıq!
Şərhlər