"Xəzər" Yelkənli Qayıqlar İdman Klubunun üzvü, gənc və perspektivli idmançı Ülviyyə Əhmədova faciəvi yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Qaynarinfo bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) istinadən xəbər verir.
"Ülviyyə klubumuzun fəal üzvlərindən biri idi. O, intizamı, müsbət xarakteri və idmana olan sevgisi ilə seçilirdi. Eyni zamanda ASCO-nun idman layihələrində fəal iştirak edib, müxtəlif uğurlar qazanıb. ASCO kollektivi adından ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk" deyə ASCO-dan bildirilib.
Şərhlər