Xəbər lenti

DÇ-2026: Millimiz Bakıda Ukrayna ilə
İdman 21:56 09.09.2025

DÇ-2026: Millimiz Bakıda Ukrayna ilə "sülh"ə razılaşdı

Futbol üzrə Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə üz-üzə gəlib.

Qaynarinfo-nun məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

51-ci dəqiqədə Georgi Sudakov fərqlənməklə qonaqları hesabda irəli çıxarıb. Yığmamız məğlubiyyətdən 72-ci dəqiqədə xilas ola bilib. Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib. Yarımmüdafiəçi rəqib torunu silkələməklə tarixi rekorda imza atıb. O, millinin heyətində 15-ci dəfə fərqlənməklə ən məhsuldar futbolçu kimi Qurban Qurbanovun 14 qolluq rekordunu yeniləyib.

Qeyd edək ki, Azərbaycan yığması D qrupundakı ilk matçda səfərdə İslandiyaya 5 cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub.

DÇ-2026
Seçmə mərhələ
D qrupu

9 sentyabr
Azərbaycan - Ukrayna 1:1
Qollar: Emin Mahmudov, 72-72 - Giorgi Sudakov, 51.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybulayev, 19. Rüstəm Əhmədzadə, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 6. Səbuhi Abdullazadə, 7. Anatoli Nuriiev, 11. Ozan Can Kökcü, 13. Abbas Hüseynov, 16. Ceyhun Nuriyev, 17. Toral Bayramov, 18. Cəlal Hüseynov, 20. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı.
Baş məşqçi əvəzi: Ayxan Abbasov.
Ukrayna: 12. Anatoli Trubin, 17. Aleksandr Zinçenko, 22. Mikola Matviyenko (k), 13. İlya Zabarnıy, 2. Yukim Konoplia, 19. Artyom Bondarenko, 6. İvan Kalyujnıy, 14. Oleq Oçeretko, 8. Giorgi Sudakov, 20. Aleksandr Zubkov, 7. Vladislav Vanat.
Ehtiyat oyunçular: 1. Buşan, 23. Riznik, 3. Mixavko, 4. Svatok, 5. Bondar, 10. Şaparenko, 11. Dovbik, 15. Mixayliçenko, 16. Voloşin, 18. Yarmoliuk, 21. Nazarenko.
Baş məşqçi: Sergey Rebrov.
Baş hakim: Vassilis Fotias (Yunanıstan).
Tofiq Bəhramov adına Respublika Stadionu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->