"CHP-nin yeni sədrinin Azərbaycanla bağlı verdiyi xoş açıqlamalar bu partiyanın özü üçün müsbətə doğru mühüm dönüş hesab oluna bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Ziferoğlu Türkiyənin müxalif CHP sədri Özgür Özelin Azərbaycana olacaq səfərini şərh edərkən deyib:
"Özgür bəyin Azərbaycan, türk dünyası ilə bağlı açıqlamaları şübhəsiz ki, müsbət qarşılanır. Onun yaxın zamanlarda Azərbaycana səfər edəcəyi ilə bağlı məlumatlar da müsbət qarşılanıb”.
Vüqar Zifəroğlu bildirib ki, son illər CHP liderlərindən bu sayaq açıqlamalar görmürdük:
”Təəssüf ki, bəzi hallarda partiyanın əvvəlki lideri Kamal Kılıcdaroğlu Cənubi Qafqaz, eləcə də Azərbaycanla bağlı açıqlamalarda müəyyən ziddiyyətli məqamlara yer verirdi. Bu da obyektiv olaraq azərbaycanlılarda müəyyən tərəddüd, eyni zamanda haqlı suallar doğururdu. Amma Özür bəydə bunu görmürük. Onun açıqlamaları birmənalı və pozitiv ruhdadır. CHP Türkiyə siyasi sistemində olduqca önəmli və oturuşmuş bir siyasi təşkilatdır. Bu partiya Türkiyə siyasi sistemində qurucu partiyadır. Mustafa Kamal Atatürkün adı ilə bağlı lolan bir partiyadır. Bu mənada həmin təşkilatın türk dünyası və Azərbaycana yönəlik mesajlarını hər zaman haqlı olaraq olumlu gözləmişik və gözləyirik. Hazırda bu pozitivi görməkdəyik və o da yüksək qiymətləndirilməlidir”.
Qeyd edək ki, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel Azərbaycan, Rusiya və Çinə səfər edəcək. O, "Sözçü” qəzetinə müsahibəsində bildirib ki, yalnız Avropa İttifaqına daxil olan ölkələrlə əlaqələr qurmur. Onun sözlərinə görə, səfər edəcəyi hər üç ölkənin rəhbərləri ilə görüşləri baş tutacaq.
Rüfət Sultan
Şərhlər