Xəbər lenti

Azərbaycan, İran və Rusiya arasında üçtərəfli anlaşma memorandumu imzalandı
Ekonomiks 13:44 26.11.2025

Azərbaycan, İran və Rusiya arasında üçtərəfli anlaşma memorandumu imzalandı

Azərbaycan, İran və Rusiya arasında üçtərəfli anlaşma memorandumu imzalanıb.

Memorandumun imzalanması uzunmüddətli üçtərəfli əməkdaşlığın inkişafında və "Şimal–Cənub” marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq.

Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların buraxılmasını və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur.

Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verəcək. Ümumilikdə, bu razılaşma tərəflərin beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərini gücləndirir və regionda tranzit axınlarının davamlı artması üçün əlverişli şərait yaradır.//APA

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->