Xəbər lenti

Rejissorla Xalq artisti arasında qonorar qalmaqalı - Kim haqlıdır?
Maqazin 12:53 26.11.2025

Rejissorla Xalq artisti arasında qonorar qalmaqalı - Kim haqlıdır?

"Rejissorla aktrisa arasında narazılıq böyüyürsə, məsələ məhkəmə yolu ilə həll edilməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında "Vita•Min" filmində rol alan aktyor Natiq Fərzəliyev Xalq artisti Naibə Allahverdiyeva ilə rejissor Faiq Nağıyev arasında gedən qonarar davasından danışarkən deyib. 

Onun sözlərinə görə, aktyorla rejissorun layihə ilə bağlı müqaviləsi olmalıdır:



"Mən nə deyim, onların arasında olan söhbətdir. Qanunla müqavilə bağlanmalı idi. Məncə müqavilə yoxdur. Və ən başlıcası sübut etməyə əsas da yoxdur. Onlar danışanda orda olmamışam".

Natiq Fərzəliyev deyib ki, belə hallarla qarşılaşan aktyor və aktrisaların bircə çıxış yolu var:

"Tələb etsin ki, mənim çəkildiyim yerləri çıxart, vəssalam".

Qeyd edək ki, "Vita•Min" filminin rejissoru Faiq Nağıyev Xalq artisti Naibə Allahverdiyeva arasında narazılıq yaranıb. Buna səbəb rejissorun aktrisaya vəd etdiyi 1700-2000 manat arasında qonararı verməməsidir. Faiq Nağıyev isə açıqlamasında Naibə Allahverdiyevaya yalnız 50 manat qonarar verəcəyini bildirib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->