Xəbər lenti

Azərbaycan hərbçisi Goranboyda minaya düşərək xəsarət aldı
Ölkə 20:25 10.11.2024

Azərbaycan hərbçisi Goranboyda minaya düşərək xəsarət aldı

Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Bu barədə Qaynarinfo Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->