15"Azərbaycan Dəmir Yolları” Qapalı Sıhmad Cəmiyyəti (QSC) Fövqəladə Hallar Nazirliyini və Dövlət Ehtiyatları Agentliyini məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır. Məhkəmə çəkişməsinin səbəbləri barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Dövlət Ehtiyatları Agentliyi Prezident İlham Əliyevin 7 oktyabr 2021-ci tarixli sərəncamı ilə FHN-nin tabeliyində fəaliyyət göstərən Dövlət Material Ehtiyatları Agentliyinin əsasında yaradılıb. Agentliyin İdarə Heyətinin sədri Səbuhi Sadıqovdur. O, ölkə başçısının 27 dekabr 2021-ci il tarixli sərəncamı ilə bu vəzifəyə təyin edilib.
Fövqəlada hallar naziri Kəmaləddin Heydərov, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri isə Rövşən Rüstəmovdur. Kəmaləddin Heydərov 2006-cı ildən, Rövşən Rüstəmov isə 2022-ci ilin oktyabrından bu vəzifədədir.
Seyid
Şərhlər