Xəbər lenti

Video 19:52 20.10.2025

"Atletik Bilbao"dan "Qarabağ"la oyun ərəfəsində (VİDEO) "Yaşa, Azərbaycan" paylaşımı

UEFA Çempionlar Liqasının 3-cü turunda "Qarabağ"la qarşılaşmaya hazırlaşan İspaniyanın "Atletik Bilbao" klubu "TikTok" sosial şəbəkəsində diqqətçəkən video yayımlayıb.

Oxu.Az xəbər verir ki, kadrlarda İspaniya klubunun ulduz hücumçusu İnyaki Uilyams "Yaşa, Azərbaycan" mahnısının sədaları altında azarkeşləri ilə mehriban ünsiyyət qurur və avtoqraf verir. Videoda "Qarabağ"ın fanatları da görüntülənir.
Bu paylaşımla "Atletik" nəinki qarşıdakı matça marağı artırıb, həm də rəqibinə hörmətini nümayiş etdirib.

Xatırladaq ki, "Atletik Bilbao" - "Qarabağ" oyunu oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də baş tutacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->