15 şagirddən 14-ü ali məktəbə qəbul oldu - Rekord göstərici (VİDEO)
Masallının Həsənli kənd tam orta məktəbinin 11A sinfini bitirən 15 şagirddən 14-ü respublikanın müxtəlif ali təhsil müəssisələrinə, bir nəfər isə könüllü şəkildə tibb kollecinə qəbul olub.
Bu göstərici Masallıda təhsil sahəsində rekorda bərabədir.
Direktor Yaqub Ələmovun sözlərinə görə, bu il məktəbi bitirənlərin 5 nəfəri 600 baldan, 5 nəfəri isə 500-dən yuxarı nəticə göstərib.
Bu barədə daha ətraflı AzTV-nin təqdim etdiyi reportajda: https://youtu.be/Sanms9s4Ii8
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər