Xəbər lenti

Siyasət 12:10 02.09.2023

"Acından ölən" ermənilər, qəbul edilməyən humanitar yardım: "Azərbaycanın düzgün yoldadır"

"Azərbaycan hələ bir neçə gün gözləməlidir. Qızıl Aypara Cəmiyyətinin əməkdaşları da əminliklə orada dayanıblar. Xarici diplomatik heyət də gəlib vəziyyətlə tanış oldu. Görünən odur ki, Azərbaycanın tutduğu yol daha düzgündür. Bu yoldan çəkinməyə ehtiyac yoxdur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ağdam-Xankəndi yolu ilə göndərilən humanitar yükü ermənilərin qəbul etməməsi fonunda, yük karvanının artıq 5-cü gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolunda gözləməsinə münasibət bildirərkən deyib.

"Azərbaycan belə məsələlərdə ciddi olduğunu nümayiş etdirir. Ona görə də humanitar karvan indiki halda geri qayıtsa, ermənilər dünyaya car çəkəcəklər ki, qarşı tərəf etirabsızdır, işi yarımçıq qoyub qaçır”, deyə politoloq bildirib.



Həmsöhbətimiz qeyd edib ki, Ağdamdan gedən humanitar yükü Xankəndinə buraxmayan separatçılarla yanaşı, rus hərbçiləridir: 

"Qarabağın rus sülhməramlılarının yerləşdiyi ərazidə Rusiyanın bayrağı dalğalanır. Bu onu göstərir ki, həmin əraziləri nə qondarma qurum, nə də Ermənistan idarə edir. Qarabağın həmin hissəsini indi Rusiya idarə edir. Əslində isə sülhməramlılar olan yerdə Rusiya bayrağı deyil, BMT bayrağı olmalıdır. Azərbaycanın apardığı humanitar yükün Xankəndinə çatdırılmamasının əsas səbəbi də Rusiyanın Qarabağda yürütdüyü siyasətlə bağlıdır. Ona görə də humanitar yükü qəbul etməsələr belə, prosesi davam etdirməli və gözləməliyik”. 

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 5-ci gündür Ağdam-Əsgəran-Xankəndi yolundadır. İçərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildirib ki, yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar. Qarşı tərəf isə hələ də humanitar yükü qəbul etməkdən yayınır. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->