Xəbər lenti

39 yaşlı İnyesta da ərəb klubuna keçdi
İdman 11:15 10.08.2023

39 yaşlı İnyesta da ərəb klubuna keçdi

"Barselona"nın əfsanəvi futbolçusu Andres İnyesta klubunu dəyişib.

Qaynarinfo-nun məlumatına görə, 39 yaşlı yarımmüdafiəçi də ərəb klubuna keçib. O, Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Emirates Club"a keçib.

Bunba qədər Yaponiyada "Vissel Kobe”nin formasını geyinən ispanın transferi  BƏƏ komandasının rəsmi internet saytında açıqlanıb. Əmirlik klubu sosial media hesabında elanı "Xoş gəldin İnyesta" başlığı ilə paylaşıb. 

"Barselona”nın heyətində doqquz dəfə La Liqa, dörd dəfə Çempionlar Liqasının qalibi olan İnyesta 2018-ci ildə "Vissel Kobe”yə keçmişdi. O, 2021-ci ildə yapon klubu ilə yenidən ikiillik müqavilə bağlamışdı. Vissel Kobe, İniesta dövründə, keçən il Asiya Futbolunda ilk dəfə Asiya Futbol Konfederasiyasının (AFC) keçirdiyi Çempionlar Liqasında mübarizəyə qoşulub. Komanda 2019-cu ildə Yaponiya kubokunu, bir il sonra isə superkuboku qazanıb.

39 yaşlı ulduz futbolçu karyerası ərzində İspaniya millisinin heyətində dörd dəfə dünya çempionatında iştirak edib. O, 2010-cu idə Cənubi Afrikada keçirilən dünya çempionatının qalibi olub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->