Xəbər lenti

1960-cı illərdə yaradılan səsdən və müasirlərindən daha sürətli dron niyə uğursuz oldu?
Dünya 22:21 08.04.2026

1960-cı illərdə yaradılan səsdən və müasirlərindən daha sürətli dron niyə uğursuz oldu?

Bu təyyarə Soyuq müharibənin əsl texnoloji irəliləyişi idi və əslində əfsanəvi "SR-71 Blackbird" kəşfiyyat təyyarəsinin "kiçik qardaşı" olub. Söhbət D-21B kəşfiyyat dronundan gedir. Bu alət "Lockheed Skunk Works" mühəndislərinin işi olub və faktiki olaraq pilotsuz "kiçik Blackbird" sayılırdı.

Qaynarinfo xəbər verir ki, bu barədə "19FortyFive" yazıb.

Məlumata görə, bu aparat Mach 3-dən yüksək sürətə (təxminən 3600 km/saat) çata bilir və 29 kilometrədək hündürlükdə uçub. Müqayisə üçün, məqalədə qeyd olunur ki, müasir "Shahed-191” dronu təxminən 350 km/saat, "Global Hawk” isə təxminən 630 km/saat sürətə malikdir.

D-21B "Marquardt RJ43” tipli birbaşa axınlı mühərrikdən istifadə edirdi və bu mühərrik təxminən 12 000 funt itələmə gücü yaradıb. Bu da drona havanı sanki "yararaq” hərəkət etməyə imkan verib.

Layihəyə görə, dron Çin ərazisindəki gizli obyektlərin üzərindən uçmalı, fotoşəkillər çəkməli və sonra məlumatları paraşütlə enən kapsul vasitəsilə geri göndərməli idi. Daha sonra isə aparat özünü məhv etməli idi. Lakin real əməliyyatlarda nəticələr uğurlu olmayıb. ABŞ Hərbi Hava Qüvvələri Milli Muzeyinin məlumatına görə: "D-21B "Senior Bowl" kod adlı dörd uçuşda Çin üzərində istifadə edilib, lakin heç biri tam uğurlu olmayıb. Proqram 1971-ci ildə dayandırılıb".

Bu gün bu "polad casus”un nümunələrinə ABŞ muzeylərində baxmaq mümkündür. Bir nüsxə isə təsadüfən Çinə düşüb — lakin yalnız qalıqlar şəklində və "trofey” kimi sərgilənir.

Aydın

--> -->