Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili vəzifəsindən getdikdən sonra biznes nümayəndələri, hökumət rəsmiləri, etirazçılarla görüşlər keçirmək, həmçinin xaricə səfər etmək və geri qayıtmaq niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
Qeyd olunur ki, Zurabişvili sözügedən addımları ölkəni xilas etmək üçün atmaq niyyətindədir.
Dekabrın 29-da səhər saatlarında Gürcüstanın altıncı prezidenti Mixeil Kavelaşvili and içərək, rəsmi olaraq dövlət başçısı kimi fəaliyyətə başlayıb.
Mərasim respublika parlamentinin binasındakı plenar zalda baş tutub.
Gürcüstanda prezident seçkiləri bu il dekabrın 14-də keçirilib. Müxalifət partiyaları səsverməni boykot edərək öz namizədlərini irəli sürməyiblər. Nəticədə ölkədə ən yüksək siyasi vəzifəyə yeganə iddiaçı Xalqın Gücü Partiyasını təmsil edən Mixail Kavelaşvili olub.
Gürcüstan prezidentinin iqamətgahı - Orbeliani Sarayını tərk edən Salome Zurabişvili legitimliyi özü ilə aparacağını bildirib:
"Mən iqamətgahı tərk edirəm və legitimliyi özümlə aparıram. Xalq olmayan yerdə legitimlik yoxdur. Mən sizinlə birlikdə olacağam".
Salome Zurabişvili daha əvvəl Orbeliani sarayını tərk etməyəcəyini bildirmişdi.
Aydın
Şərhlər