Yeni Zelandiyanın təhsil naziri Kris Hipkins Leyborist Partiyasının yeni lideri üçün yeganə namizəddir və seçildikdən sonra baş nazir postunu tutacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə siyasi təşkilatın nümayəndəsi Dunkan Uebb bildirib.
Onun sözlərinə görə, yanvarın 22-də partiyadaxili seçkilər keçiriləcək: "Leyboristlər Partiyasının fraksiya iclası bazar günü saat 13:00-da (Bakı vaxtı ilə 04:00) keçiriləcək və orada yeni lider kimi Kris Hipkinsin namizədliyi təsdiqlənəcək”.
Yeni Zelandiya qanunlarına görə, son seçkilərdə parlamentdə ən çox yer qazanan partiyanın lideri ölkənin baş naziri olur.
Şərhlər