Dünyada gübrə qiymətlərində artım müşahidə olunur....
ABŞ-İran müharibəsi gübrə qiymətlərinə də təsirsiz ötüşməyib. Çünki, gübrə istehsalında təbii qaz və digər enerji resursları əsas xammal rolunu oynayır. Enerji bahalaşdıqca isə istehsal xərcləri artır və bu birbaşa bazara təsir edir
İqtisadçı ekspert Akif Nəsirli deyir ki, mövcud vəziyyətlə əlaqədar bu il mövsümi meyvə-tərəvəzlərin də baha olacağı gözlənilir.
Ekspertin sözlərinə görə, bahalaşmanın digər səbəbi isə yazda ölkə ərazisində müşahidə edilən intensiv yağışlardır. Yağıntılar torpaq qatının eroziyasına, əkin sahələrinin su altında qalmasına və nəticə etibarilə məhsulun zərər görməsinə gətirib çıxarıb.//Xəzər TV
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər