"2008-ci ilin mart ayında Bakıda 31 dərəcə isti müşahidə edilib".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova mart ayında ölkə ərazisində müşahidə olunan isti hava şəraitindən danışarkən deyib.
Onun sözlərinə görə, 2023-cü ildə Bakıda və Abşeron yarmadasında havanın maksimal temperaturu 26-28 dərəcəyə kimi yüksəlib. Gülşad Məmmədova qeyd edib ki, mart ayı təbiətin canlandığı aydır:
"Havaların tədricən istiləşməsindən artıq baharın gəlişi hiss olunur. Mart yazla qış arasında keçid ayı olduğundan havalar digər aylara nisbətən bir qədər qeyri-sabit keçir. İsti havalar üstünlük təşkil etsə də, bəzi illərdə temperaturun aşağı düşməsi və yağıntıların olduğu müşahidə olunub".
Gülşad Məmmədova əlavə edib ki, yaxın günlərdə ölkə ərazisində, eləcədə Bakıda və Abşeron yarmadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir:
"Bölgələrdə bəzi yerlərdə arabir duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək".
Bahar Rüstəmli
Şərhlər