Xəbər lenti

Yaponiyanın düyü ehtiyatları son 25 ilin minimum səviyyəsinə düşüb
Dünya 22:59 24.08.2024

Yaponiyanın düyü ehtiyatları son 25 ilin minimum səviyyəsinə düşüb

Yaponiyada düyü ehtiyatları tarixi minimuma düşüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Yaponiya Kənd Təsərrüfatı, Meşə və Balıqçılıq Nazirliyi məlumat yayıb.

Ötən ayın sonunda özəl sektorda düyü ehtiyatı 1,56 milyon ton təşkil edib. Bu, 2023-cü ilin iyul ayı ilə müqayisədə 20% azdır.

Bu vəziyyət bir sıra amillərə görə yaranıb. Birincisi, düyü istehsalı ilə məşğul olan əsas prefekturalar Niiqata və Akita keçən il pis hava şəraitinə görə zəif istehsalla çıxış ediblər.

İkincisi, 2024-cü ildə Yaponiyada düyü istehlakının həcmi iaşə obyektlərinə davamiyyətin pandemiyadan əvvəlki səviyyəyə bərpası və digər ölkələrdən turist axınının artması fonunda kəskin şəkildə artıb. Belə ki, altı ayda düyüyə tələbat 7,02 milyon tona yüksəlib ki, bu da ötən illə müqayisədə 110 min ton çoxdur.

Qeyd edək ki, Yaponiya 1999-cu ildə düyünün statistikasını aparmağa başlayıb

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->