Xəbər lenti

Xidməti avtomobildən şəxsi məqsədləri üçün istifadə edən məmura 52 il həbs cəzası
Dünya 18:52 18.10.2023

Xidməti avtomobildən şəxsi məqsədləri üçün istifadə edən məmura 52 il həbs cəzası

Taylandda bir məmur xidməti avtomobildən şəxsi məqsədləri üçün istifadə etdiyinə görə 52 il həbs cəzasına məhkum edilib.

Qaynarinfo bu barədə "The Thaiger" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, dini və mədəni maarif departamentinin direktoru Runqrak Lukbua korrupsiyaya qarşı mübarizə komissiyası tərəfindən dövlət nəqliyyatından şəxsi maraqları üçün sui-istifadə etməkdə ittiham edilib. Məmurun avtomobildən işə və qolf meydançasına getmək üçün istifadə etdiyi bildirilir.

Məhkəmə Lukbuanı 105 il müddətinə azadlıqdan məhrum edib, lakin onun səmimi etirafı və istintaqa köməyi həbs müddətinin 52 ilə endirilməsinə səbəb olub.

Komissiya sədri hökmə münasibət bildirib. O, qeyd edib ki, bu hadisə ölkədə vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edən digər məmurlar üçün də dərs olacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->