Bu gün səhər saatlarında Abşeron rayonunun Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib.
Mərhum şahmat ustası Vüqar Həşimovun ata evində baş verən partlayış mənzildə dağıntıya səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dağıntılar altından iki nəfər – Qasım Həşimov və Aidə Həşimova sağ çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
"Report” hadisə yerindən fotoreportajı təqdim edir.
Şərhlər