Xəbər lenti

Türkiyədə BP-nin səhmləri Petrol Ofisi Qrupuna təhvil verildi
Dünya 10:01 02.11.2024

Türkiyədə BP-nin səhmləri Petrol Ofisi Qrupuna təhvil verildi

Petrol Ofisi Qrupu, BP-nin Türkiyədəki yanacaq və terminal əməliyyatlarını satınalma prosesini tamamladığını elan edib.

Valyuta.Az-ın verdiyi xəbərə görə, açıqlamada bildirilib: "Əməliyyatın başa çatması ilə BP Turkey Refining Limited və BP Petrolleri A.Ş.-dəki səhmlər, eləcə də ATAŞ, Çekisan və Ambarlı birgə müəssisə terminallarındakı paylar Petrol Ofisi Qrupuna təhvil verilib.”

Məsələ ilə bağlı açıqlama verən Petrol Ofisi Qrupunun baş icraçı direktoru Mehmet Abbasoğlu yeni dövr üçün həyəcanlı olduqlarını qeyd edərək deyib: "Cümhuriyyətimizin yeni əsrini sektora nümunə olacaq və Türkiyənin enerji keçidi hədəflərinə xidmət edəcək bir əməliyyatla qarşılamaqdan çox məmnunuq. İki əsrə yaxın ümumi təcrübəyə malik unikal bir ekosistemə sahib oluruq. Bu şüur və məsuliyyətlə davamlı inkişafa yönəlmiş investisiyalara dayanmadan davam edəcəyik.”

BP-nin Türkiyədəki yanacaq əməliyyatlarının Petrol Ofisi Qrupuna satışına dair səhmlərin alınması müqaviləsi 14 noyabr 2023-cü ildə imzalanmış, Rəqabət Qurumu tərəfindən isə təsdiq 12 sentyabr 2024-cü ildə verilmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->