"Nazirlər kabinetinin 305 saylı qərarında göstərilib ki, 300 dollar limitə təkcə alınan məhsulun dəyəri deyil, həm də onun daşınma xərci aiddir".
Bunu Qaynarinfo-ya açıqlamasında merketoloq Pərviz Əzimov "Trendyol"dan Azərbaycana birbaşa sifariş edilən ağırçəkili məhsullar üçün daşınma xərcinin hesablanmasından danışarkən deyib.
O bildirib ki, sözügedən qararda daşınma xərci ilə bağlı konkret rəqəm göstərilməyib:
"Amma ümumilikdə karqo şirkətlərinin qiymət var idi. Bu qiymətlər çəkidə əks olunduğu üçün problem gündəmə gəlmirdi. Qanun bu gün qəbul olunmayıb, bir neçə ildir qəbul edilib. İndi isə bu məsələ gündəmə gəlir. Ağırçəkili məhsullar sifariş verildikdə "Trendyol" vətəndaşlardan vahid taarif alır, amma dövlət tərəfindən hər çəkiyə görə bir rəqəm hesablana bilər. Həmin rəqəm vətəndaşlar üçün təyin edilən 300 dollarlıq limitdə əks oluna bilər".
Pərviz Əzimov son günlər vətəndaşların 100 kiloqramlıq məhsul sifariş etdiyini diqqətə çatdırıb:
"Onların bağlamaları gömrük orqanları tərəfindən saxlanılır. Bu da problemlər yaradır. Ona görə qanunvericiliyin tələblərinə uyğun məhsul sifariş etmək lazımdır”.
Bahar Rüstəmli
Şərhlər