Xəbər lenti

Tramp onu Rusiyanın dostu hesab edənləri xəstə adlandırdı
Dünya 12:12 01.11.2024

Tramp onu Rusiyanın dostu hesab edənləri xəstə adlandırdı

Prezidentliyə namizəd və ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, "Şimal axını 2” qaz kəmərinin tikintisinə mane olan şəxs məhz o olub. Tramp bunu heç vaxt "Rusiyanın dostu” olmadığı mövqeyini dəstəkləmək üçün qeyd edib. 

Qaynarinfo xəbər verir ki, amerikalı siyasətçi bu mövzunu X sosial şəbəkəsində yayımlanan amerikalı jurnalist Taker Karlsonla müsahibəsində qaldırıb.

Donald Tramp hesab edir ki, Rusiyanın ən mühüm vəzifəsi Baltik dənizindən Almaniyaya keçən və "dünyanın ən böyük qaz kəməri” olan "Şimal axını 2”nin tikintisi olub. "Bildiyiniz kimi, mən "Şimal axını 2”ni məhv etdim. Mənim Rusiyanın dostu olduğumu deməyi xoşlayırlar, Rusiyaya işləmişəm, rus casusuyam guya. Bu insanlar xəstədir”, - Tramp bildirib.

Xatırladaq ki, Donald Trampın prezidentlik müddəti 2017-ci ildən 2021-ci ilə qədər davam edib. 2019-cu ildə o, "Şimal axını 2” layihəsinin operatorlarına qarşı sanksiyaları nəzərdə tutan müdafiə büdcəsini imzalayıb. 26 sentyabr 2022-ci ildə "Şimal axını” və istismara verilməmiş "Şimal axını 2”də partlayışlar baş verib.
Tramp dəfələrlə Vladimir Putinlə çox yaxşı münasibətdə olduğunu bildirib. Lakin oktyabrda o, Putinlə bir söhbətində Rusiyanın "Ukraynanı təqib edəcəyi təqdirdə” Moskvanı vuracağı ilə hədələdiyini söyləyib. Bu söhbətin nə vaxt baş verdiyi məlum deyil. Rusiya prezidenti belə təhdidləri xatırlamadığını bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->