Xəbər lenti

Tramp Kim Çen In ilə əlaqə saxlayacağını bildirdi:
Dünya 11:41 24.01.2025

Tramp Kim Çen In ilə əlaqə saxlayacağını bildirdi: "O, ağıllı oğlandır"

Amerika prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə əməkdaşlığı bərpa etməyi planlaşdırdığını deyib. Tramp bu əlaqələri prezidentlik dövründə qurduğu işçi münasibətlər əsasında yenidən canlandırmaq niyyətindədir.  

Qaynarinfo xəbər verir ki, bu barədə o, Fox News-ə müsahibəsində bildirib.  

Tramp xatırladıb ki, birinci prezidentlik dövründə Kim Çen In ilə yaxşı münasibətləri olub.  

"Mən onun xoşuna gəldim, onunla yola getdim", – deyə Tramp vurğulayıb.  

Jurnalistin, Şimali Koreya lideri ilə yenidən əlaqə saxlayacağı haqda sualına Tramp müsbət cavab verib:  

"Yenidən onunla əlaqə saxlayacağam", – deyə respublikaçı bildirib.  

Tramp əlavə edib ki, Şimali Koreya lideri "dini fanatik deyil" və "ağıllı oğlandır".  

Birinci prezidentlik dövründə Donald Tramp Kim Çen In ilə Sinqapurda, Hanoyda və Koreya sərhədində üç görüş keçirib – həmin vaxt ABŞ-ın fəaliyyətdə olan prezidenti ilk dəfə Şimali Koreya ərazisinə ayaq basıb.  

Diplomatik cəhdlər konkret nəticələr verməsə də, Tramp bu görüşləri müsbət qiymətləndirib və KXDR tərəfindən nüvə təhlükəsinin artıq mövcud olmadığını deyib.  

Hazırda Pxenyanın Rusiya ilə silah tədarükü və Ukraynaya qarşı döyüşlərdə iştirak edən hərbi personal təminatı məsələsində aktiv olduğu məlumdur.  

2024-cü ilin noyabr seçkilərindən sonra KİV Trampın ətrafındakı şəxslərin Kim Çen In ilə birbaşa danışıqlar aparma imkanını müzakirə etdiyini yazıb. Bu danışıqların Koreya Yarımadasında silahlı münaqişə riskini azaltmağa töhfə verə biləcəyi güman edilir.   
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->